Dekabrın 14-dən parça maska taxanlar cərimələnəcək? - VİDEO

Sosial şəbəkələrdə sərt karantin rejimi günlərində parça maska taxanların cərimələnəcəyi ilə bağlı fikirlər səsləndirilir. Mövcud fikirlər əhali arasında narahatlıq yaradıb.
Bu məsələnin nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirmək üçün aidiyyəti orqanlara müraciət etdik.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev sözügedən iddiaların əsassız olduğunu deyib.
O bildirib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskaların çeşidlərinə və ya rənglərinə hər hansı bir məhdudiyyət tətbiq olunmur:
“Sosial şəbəkələrdə bu mövzu ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir. 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə ərazisində bütün qapalı və açıq məkanlarda, ictimai yerlərdə müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Xatırladım ki, tibbi maskalardan istifadə edilməməsi və ya tələb olunan normalara uyğun şəkildə taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır”.
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq












