Dəmir Yolları qışa hazırlığa başladı

Gündəm 24 Noyabr 2015 11:24 Oxunub 1400
Dəmir Yolları qışa hazırlığa başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi, vaqonların istilik sisteminin qaydaya salınması davam edir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planını təsdiq edilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, tədbirlər planına əsasən, Yük daşımaları, İnfrastruktur, Sərnişin daşımaları, Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentləri, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatları üzrə görüləcək işlər müəyyən edilib.

Tədbirlər planına uyğun olaraq, departamentlərin bütün təsərrüfatları üzrə baxışlar, hərəkətin təhlükəsizliyi ilə bağlı kadrlarla xüsusi dərslər keçirilir və onlar təlimatlandırılır, qış mövsümündə işçilər fərdi mühafizə vasitələri, qış geyimləri və lazımi alət və ləvazimatlarla təmin edilir, istehsalat və inzibati binaların dam örtukləri, qapı və pəncərələri təmir edilir, dalan yolları olan müəssisələrdə qışa hazırlığın təşkili, xüsusilə yolların qardan təmizlənməsi, donan yüklərin boşaldılması üçün mexanizmlər hazır vəziyyətə gətirilir, qəza-bərpa briqadaları yaradılır, işıqlandırıcı qurğular yoxlanılır.

Dübəndi, Yalama, Keşlə, Bakı-yük, Yevlax, Böyük Kəsik, Gəncə, Ucar, Hacıqabul və Biləcəri stansiyalarında qarla operativ mübarizə planının hazırlanması üçün üç növbəli briqadaların yaradılması isiqamətində işlər davam etdirilir.

Eyni zamanda, lokomotivlərin qum vermə sisteminin qaydaya salınması, depolarda qum ehtiyatının yaradılması, qaldırıcı qurğuların, kranların təmiri, yol təsərrüfatında qartəmizləyən texnikanın təmiri prosesi davam etdirilir. Bakı-Böyük Kəsik sahəsində optik rabitə sistemindəki avdanlıqların mütəmadi olaraq yoxlanılır, dartı yarımstansiyalarında texniki avadanlıqlar təftiş edilərək sınaq işinin başa çatdırılması, Sərnişin təsərrüfatında çalışan işçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi, sərnişin vaqonlarının istilik sisteminin qaydaya salınması həyat keçirilir.

Qış mövsümündə hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh