Dəniz suyu içməli suya çevrilir - Qiyməti açıqlandı

Xəzər dənizinin suyunun adi içməli suya çevrilməsi mövzusu, su ehtiyatlarının tükənməsi, əhalinin artması və iqlim dəyişikliyinin yaratdığı su qıtlığı kimi qlobal problemlərlə bağlı aktualdır.
Avtosfer.az-ın Baku.ws-ə istinadən məlumatına görə, dəniz suyunun duzsuzlaşdırılması prosesləri məhz bu ehtiyacları qarşılamaq üçün inkişaf etdirilib və son illərdə müxtəlif ölkələrdə, o cümlədən Xəzər hövzəsinə yaxın regionlarda da tətbiq edilməyə başlanacaq?
Bəs, Xəzərin suyunun adi suya çevrilməsi prosesi ilə bağlı işlər nə yerdədir? Yaxın perspektivə hansı addımlar atılacaq? Dəniz suyunun içməli suya çevrilməsi zamanı burda maya dəyəri nə qədər olacaq?
Bu suallara cavab tapmaq üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən bildirildi ki, Xəzər dənizindən içməli suyun alınması üçün əks-osmos texnologiyanın tətbiqi üçün iqtisadi əsaslandırmalar işlənilir:
"Bunu Ələt azad iqtisadi zonasında, Pirallahıda və Sumqayıtda dəniz suyunun təmizlənməsi texnologiyaları üzrə ilkin əsaslandırmalar hazırlanıb. Dəniz suyunun içməli suya çevrilməsində əsas xərc enerjinin istifadəsinə çəkilən xərcdir. 1 kubmetr dəniz suyun təmizlənməsinə elektrik enerjisi sərfi 3-3.5 kilovatt/saat-dır. Bu da suyun təmizlənməsində enerjinin istifadəsinə görə dəyişir. Hazırkı qiymətlərlə mövcud texnologiyalarla Xəzərin suyunun duzsuzlaşdırılması texnologiyası qurularsa suyun maya dəyəri 3-3.50 manata başa gəlməsi proqnozlaşdırılır".
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












