Deputat cərimələrin artırılmasına haqq qazandırdı

Məlum olduğu kimi, son bir ayda Azərbaycanda bütün sahələr üzrə cərimələrin miqdarı dəfələrlə artırılıb. Hətta yeni cərimələr də müəyyənləşdirilib. Vergilər Nazirliyinin bu gün keçirdiyi iclasda isə daha böyük cərimələrin olacağı açıqlanıb. Bəs cərimlərin artırılması və yeni cərimələrin tətbiqi əhalinin sosial rifahına necə təsir edəcək? Millət vəkili, Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov aznews.az-a bildirib ki, bir çox sahələrdə cərimələrin artırılmasına ehtiyac var idi: “Biz bununla bağlı qərarlarda dəyişiklik edirik. Elə sahələr var ki, orada cərimələri artırmaq zəruridir. Çünki insanlar cərimələrin həddindən çox aşağı olduğunu görüb inzibati xətalara yol verirlər. Bu səbəbdən hansı sahədə xətalar varsa, cərimələr də əsasən orada artırılır. Bəzi cərimələr daha çox hüquqi şəxslərlə əlaqədar artırılıb. Amma fiziki şəxslərlə əlaqədar birbaşa artırılan cərimələr aşağıdır”.
Vahid Əhmədov onu da əlavə edib ki, yeni cərimələr müraciətlər əsasında müəyyənləşdirilib: “Müraciətlər daha çox olanda cərimələr tətbiq olnur. Qanunlar qəbul olunanda insanların həyat şəraitinə, onların sağlamlığına ziyan vura biləcək məsələlərə baxılır. Səs-küylü məsələlər üzrə müraciətlər çox olanda bu cərimələr tətbiq olunur. Bu, dünya təcrübəsində də var”.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












