Deputatların növbəti il üçün əməkhaqları müəyyənləşdi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi müzakirə edilib.
Layihəyə əsasən, 2021-ci il üçün Milli Məclisin xərclər smetasının 42 milyon 270 min 400 manat olması proqnozlaşdırılıb.
Bu vəsaitdən əməyin ödənişi üçün 34 milyon 492 min 90 manat, ştatda olan işçilərin əməkhaqqına 22 milyon 577 min 364 manat, o cümlədən, deputatların əməkhaqqına 5 milyon 382 min 624 manat, ekspertlərin əməkhaqqına 7 milyon 680 min manat, Milli Məclis Aparatı üzrə əməkhaqqına 7 milyon 671 min manat, deputat köməkçilərinin əməkhaqqına 2 milyon 250 min, Milli Məclisin İşlər İdarəsi üzrə əməkhaqqına 4 milyon 587 min 720 manat, dövlət qulluğu ilə əlaqədar əlavələrə 2 milyon 258 min 340 manat, ştatdan kənar işçilərin əməkhaqqına 37 min 800 manat, əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə 4 milyon 971 min 140 manat, əməkhaqqına görə ayırmalara 6 milyon 905 min 786 manat, ezamiyyə xərcləri üçün 870 min manat nəzərdə tutulub. Xərclər smetasında nəqliyyat vasitələri üçün 300 min manat da ayrılıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












