Deputatlığa namizədlər hansı halda cərimələnə bilər?

Azərbaycanda sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Avqustun 9-dan etibarən isə seçkiqabağı təşviqat kampaniyasına başlanılıb və təşviqat üçün hər dairə üzrə qapalı və açıq məkan olmaqla 5509 ünvan müəyyənləşdirilib. Bu proses avqustun 31-i saat 8:00-da başa çatacaq. Hazırda deputatlığa namizədliyi qeyd alınmış şəxslər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən təşviqat kampaniyası həyata keçirilir.
Maraqlıdır, seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulmasına görə qanunvericilikdə hansı cərimələr nəzərdə tutulub?
Avtosfer.az-ın “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən məlumatına görə, Seçki Məcəlləsinin 164.1-ci bəndinə əsasən, seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılmasının Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə edilir.
Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş televiziya və radio yayımçılarının proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə - vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 450 manatadək məbləğdə cərimə olunur.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












