Dərslər başlayır: Bakıda kirayə qiyməti kəskin qalxdı

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu səbəbdən kirayə mənzil bazarında canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta üz tutan tələbələr üçün münasib qiymətə, universitetə yaxın və normal şəraitli ev tapmaq bu il də çətindir. Yay aylarında nisbətən sakit olan əmlak bazarında avqustdan etibarən ciddi hərəkətlilik başlayır ki, bu da qiymət artımına səbəb olur. Araşdırmalar göstərir ki, tələbələrin əksəriyyəti aylıq 300–500 manat aralığında kirayə mənzil axtarır. Lakin bu qiymətə uyğun ev tapmaq mümkünsüz olub. Mütəxəssislər isə sentyabr ayında vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlamasında deyib ki, son illər kirayə mənzil bazarında aparılan monitorinqlər göstərir ki, hər il bazarda təklif həcmi, xüsusilə də ucuz mənzillər üzrə azalır.
“Sözügedən proses əsasən söküntülər nəticəsində, kirayə bazarının əsas hissəsini təşkil edən köhnə və münasib qiymətli mənzillərin sürətlə bazardan çıxarılması ilə bağlıdır. Onların yerini isə daha bahalı və yeni tikililər tutur. Nəticədə ucuz mənzillərə olan tələb yüksək olaraq qalır, amma təklif azalır. Bu da öz növbəsində qiymət artımına səbəb olur”.
Əmlak eksperti qeyd edib ki, qiymət artımına təsir edən digər bir amil isə ümumilikdə kirayə mənzillərə olan tələbin yüksək olmasıdır:
“Eyni zamanda bəzi pilot layihələr çərçivəsində tikinti şirkətləri binalar tikildikdən sonra mənzilləri vətəndaşlara kirayə verməklə təqdim edirlər və bu da kirayə bazarında tələbin bir qədər də artmasına səbəb olur. Bütün bu amillərin nəticəsində, bir neçə il əvvəllə müqayisədə Bakı şəhərində kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur. Əvvəllər yay aylarında - iyun-avqust aylarında tələbələrin öz rayonlarına qayıtması ilə bazarda nisbətən ucuzlaşma baş verirdi. Lakin son dövrlərdə bu mövsümi ucuzlaşma müşahidə olunmur. Artıq il boyu demək olar ki, qiymətlərdə davamlı artım müşahidə edilir”.
R.Osmanlının sözlərinə görə, bu il də əvvəlki illərdə olduğu kimi, paytaxta tələbə axınının qiymətlərə əlavə təzyiq göstərəcəyi gözlənilir. Hətta bu tendensiya indidən özünü göstərməyə başlayıb:
“Regionlara gəldikdə isə, məlumdur ki, tələbələr əsasən iqtisadi (ekonom) sinif kateqoriyasına aiddirlər. Bu səbəbdən onlar üçün 1-2 otaqlı mənzillər daha münasib hesab olunur. Məsələn, 2-3 tələbə birləşərək 2 otaqlı mənzil kirayələməyə üstünlük verirlər. Bu baxımdan şəhərin mərkəzinə nisbətən yaxın ərazilər, məsələn, mikrorayonlar, Həzi Aslanov, Əhmədli kimi yerlər daha münasib hesab edilir. Mərkəz ərazilərdə isə qiymətlər daha yüksəkdir. Eyni zamanda, ictimai nəqliyyata yaxın olan ərazilər tələbələr üçün daha əlverişli sayılır. Bu səbəbdən onların bu il də eynilə sərfəli ərazilərə üstünlük verəcəyi gözlənilir”,- deyə ekspert bildirib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










