DİQQƏT! Metroda uşaq oğurluğu cəhdi - YENİLƏNİB

Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında hadisənin dekabrın 10-da, saat təxminən 11:30 radələrində baş verdiyini bildirən Y.Sultanova hadisə ilə bağlı polisə müraciət etmədiyini deyib: "Mən uzun illərdən sonra metrodan ilk dəfə idi ki, istifadə edirdim. Həmin vaxt orada olan mühafizəçi polis yaxınlaşdı, amma heç bir reaksiya vermədi. Amma özüm polisə müraciət etməmişəm. Şübhə edirəm ki, hansısa nəticəsi olsun. O anda, ümumiyyətlə, heç kimlə danışmadım. Şokda idim. Mənim üçün əsas olanı uşağı qorumaq idi".
09:41
Dekabrın 10-da Bakıda metronun "Qara Qarayev" stansiyasında uşaq oğurluğuna cəhd olub. Bu haqda Yuliana Sultanova adlı qadın məlumat verib. Y.Sultanovanın sözlərinə, dünən "Qara Qarayev" stansiyasında bir qadın onun 3 yaşlı körpəsini oğurlamaq istəyib: "Qadın bizə sakitcə, ətrafa baxmadan yaxınlaşdı. O, "Dərnəgül" stansiyasına doğru artıq hərəkət etməkdə olan qatara birlikdə minmək üçün uşağın əlindən tutdu. Allaha şükür ki, mən özüm metrodan qorxuram və oğlumun əlindən həmişə möhkəm yapışıram. Görəndə ki, uşağın əlini buraxmıram, qadın özü uşağı buraxıb qaçmağa başladı. Şokdan dilim tutulduğundan heç nə deyə də bilmədim".
Y.Sultanova qadının əlamətlərini də açıqlayıb: "Anormal qadının boyu təxminən 1 m 60 sm, bədəni doludur. Açıq-qəhvəyi rəngli gödəkçə geyinib, başında papaq var. Sifəti, xüsusilə gözləri solğundur".
Valideynlərin daim ayıq-sayıq olmalı olduğunu deyən ana onlara uşaqları tək buraxmamağı, əllərindən möhkəm tutmağı tövsiyə edib.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










