"Diqqət uşaqlar" devizi altında tədbir keçirilib - FOTO

Sentyabrın 25-də “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na və respublika ərazisində “Diqqət uşaqlar! adı altında elan edilmiş hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 245 nömrəli tam orta məktəbi ilə birgə “Uşaq və yol” mövzusunda onlayn vebinarı keçirilib.
Məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsini təbliğ etmək və onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdan ibarət olub.
Vebinarda Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları: şöbə müdiri F.Süleymanova, metodistlər T.Həsənova, S.Əsgərova, S.Qasımova, Ü.Mahmudova, təşkilatçı Z.Musayeva və 245 nömrəli tam orta məktəbin müəllimi M.Ağayeva, 15-dən çox ibtidai sinif müəllimi iştirak edib.
245 nömrəli tam orta məktəbin III-IV, V-VII sinif şagirdləri arasında “Uşaq və yol” mövzusunda yol hərəkəti təhlükəsizliyi aylığının keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər müzakirə edilib. Aylıqda tədbirlərin mərhələlərlə keçiriləcəyi və DİN Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi əməkdaşlarının da iştirak edəcəyi, müəllimlərə lazımi dəstəyi göstərəcəyi diqqətə çatdırılıb. Həmin mərhələlərdə məşğələlər, yarışlar, rəsm müsabiqələri, açıq dərslərin və s. keçirilməsi nəzərdə tutulub.
Vebinarda 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 245 nömrəli tam orta məktəbin yol hərəkəti təhlükəsizliyi ilə bağlı görduyü işlərin rolikləri nümayiş olunub.
Müəllimlərin keçiriləcək aylıqla bağlı sualları cavablandırılıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA






























