Diqqətli olun! - Pullarınız bu yollarla oğurlana bilər

Hazırda kiber dələduzlar demək olar ki, hamıya hücum edir. Yaşlı nəsildən tutmuş, tanınmışına, cavan, uşaq demədən hamıya zənglər edirlər. Xüsusilə zəngləri Kapital Bank adından edirlər. Belə vəziyyətdə kiber hücum qurbanı olmamaq üçün bir neçə kibergigyenik qaydalara əməl etmək lazımdır:
▪ Kimliyindən asılı olmayaraq yazılı və yaxud səsli şəkildə bank kartı məlumatlarınızı heç kimə təqdim etməyin. Hətta, bu bank əməkdaşı olsa belə. Unutmayın ki, bank əməkdaşları heç bir halda sizin kart məlumatlarınızı telefonda tələb etmirlər.
▪ Elan saytlarda yerləşdirdiyiniz məhsulları satan zaman sizdən beh vermək üçün bank məlumatlarınızı tələb edən insanlarla heç bir halda kart məlumatlarınızı bölüşməyin.
▪ Azerpoçt adından gələn saxta linklərə daxil olub, kart məlumatlarınızı ödəniş vasitəsi kimi qeyd etməyin.
▪ Bank, maaş, təqaüd kartlarınızı azyaşlı uşaqlarınıza Play Store, App Store qeydiyyatı üçün verməyin. Belə olan halda uşaqlar oyun daxili satınalmalar edirlər və valideynlər də yapışırlar Bank-dan ki, bəs günahkar sizsiniz.
▪ Bank kartlarınızı pulsuz wifi təqdim edən məkanlarda (kafe,mall) internet üzərindən istifadə etməyin.
▪ Bank kartlarınızdan Google, PayPal və bir çox xarici servislərdən davamlı pul çıxılırsa, məsləhətdir ki, mobil bank tətbiqindən xarici ödənişləri birdəfəlik bağlayın.
▪ Dələduzlar Caller ID Spoofing ilə sizə istənilən nömrədən zəng edə bilərlər. Hətta bankın, polisin, qohum, qonşunun adından. Kimliyindən asılı olmayaraq öz doğmanıza belə kart məlumatlarınızı səsli və görüntülü şəkildə təqdim etməyin.
▪ Xeyriyyə aksiyaları üçün paylaşdığınız kart məlumatlarında kartın PAN (üzərindəki 16 rəqəmli) kodundan, məxsus olduğu bankdan başqa heç bir detalı paylaşmayın. CVV, kartın bitmə tarixi kimi məlumatların paylaşılması kiber gigyena baxımından güvənli deyil.
Texnobloger Fərid Pərdəşünas
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












