DİN oğurluq hallarına qarşı tədbirləri gücləndirib

“Oğurluq hallarına qarşı daxili işlər orqanları tərəfindən kompleks profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır”.
Bununla bağlı mətbuatın sorğusunu cavablandıran DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ölkəmizdə DİN Baş Mühafizə İdarəsi ən müasir tələblərə və standartlara uyğun etibarlı fəaliyyət göstərir: “Respublika üzrə mühafizəyə cəlb edilən 22194 obyekt, 6815 mənzildə təhlükəsizlik sistemi mülkiyyət cinayətlərinə qarşı sipərə çevrilib.
Təhlükəsizlik sisteminin imkanlarından yararlanmaqla, mühafizə qurumları tərəfindən ötən il mühafizə olunan 170 yaşayış evi və obyektə oğurluq məqsədilə edilən müdaxilənin qarşısı alınaraq, 74 nəfər şübhəli şəxs “isti izlər”lə tutularaq, istintaq orqanlarına təhvil verilib. Eləcə də mühafizə polisinin xidməti marşrutlarında cinayət törədən 237, axtarışda olan 87 nəfər, ictimai qaydanı pozan 1284 nəfər müəyyən olunaraq saxlanılıb”.
Şöbə rəisi daxili işlər orqanları tərəfindən tətbiq olunan texnologiyanın etibarlılığına toxunaraq qeyd edib ki, mühafizə olunan ünvana kənar müdaxilənin olması barədə informasiya stasionar telefon kabelləri ilə yox, elektomaqnit dalğaları ilə ötürülür: “Bununla mühafizə olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən rəqəmsal (digital) həssaslığı polisin həmin ünvana 2-5 dəqiqə içərisində çatmasını şərtləndirir. Eləcə də xüsusi yerlərdə quraşdırılan kameralar vasitəsilə mühafizə olunan yerdən foto-video görüntülər elektron qaydada dərhal polis orqanına ötürülür. Əgər kimsə oğurluğa cəhd edib, təhlükəsizlik sisteminin mövcudluğundan xəbər tutub ərazidən uzaqlaşsa belə , onunla bağlı məlumatlar mərkəzdə toplanır.
Reallıqlar və faktlar, aşkarlanan hüquqazidd əməllərin təhlili göstərir ki, mühafizə edilən ünvanlarda rəqəmsal təhlükəsizlik sistemi ən səmərəli vasitədir”.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












