DİN sosial şəbəkə istifadəçilərini narkotik alverçilərinə qarşı diqqətli olmağa çağırıb

Sosial şəbəkələr üzərindən narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan cinayətkar şəxslərin niyətilə bağlı mətbuatın sorğusuna Daxili İşlər Nazirliyindən münasibət bildirilib. DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi əsasən latent (gizli) cinayətlər kateqoriyasına daxildir. Bu istiqamətdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən kompleks əməliyyat-axtarış, əməliyyat-profilaktik tədbirlər bütün istiqamətlər üzrə davam etdirilir.
Təəssüf ki, bəzən narkotiklərin alqı-satqısı ilə məşğul olan şəxslər özləri kölgədə qalmaq üçün sadəlövh insanları sosial şəbəkələrdə ələ alaraq cinayətkar niyətlərinə ortaq edirlər. Bu zaman seçilmiş qurban şəxsiyyəti məlum olmayan cinayətkarın “insanpərvərliyinə”, “qayğısına”, verdiyi yalan vədlərə inanaraq istəmədən cinayətin iştirakçısına çevrilməklə, tapşırıqları icra (kuriyerlik) edir, narkotik vasitələri bir ünvandan digər ünvanlara çatdırır.
Bütün bunları nəzərə alaraq, ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli və məsuliyyətli olmağa, ayrı-ayrı şəxslərin yalan vədlərinə inanmamağa çağırırıq.
Şəxs cinayət başında tutularkən “bilmədim”, “aldadılmışam”, “mənə köməyi dəyib, düşünməzdik ki, belə edər…”, -deyə əməlinə bəraət qazandırmağa çalışsa belə, bilməlidir ki, bu, onu cinayət məsuliyyətindən azad etmir.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI













