DİN və DSX birgə əməliyyat keçirdi: Saxlanılanlar VAR
Gündəm
5 Sentyabr 2021 00:11
Oxunub 3860

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmiş "İJ-16" markalı ov tüfəngləri, 7 ədəd patron, 1 ədəd patron darağı, 1 ədəd bıçaq və 2 ədəd fənər götürülüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













