Dörd gün niyə susuz qalacağıq? - SƏBƏB AÇIQLANDI

Oğuz-Qəbələ-Bakı magistral kəmərindəki qəzanın səbəbi məlum olub.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
"Oğuz-Qəbələ-Bakı magistral su kəməri şüşə lifli (GRP) borularla inşa olunub. Bu tip borular korroziyaya qarşı dayanıqlı olsa da, GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslıq xarakteri daşıyır. Bu səbəbdən bəzi hallarda istismar zamanı təsirlər və ya hidravlik gərginliklər nəticəsində lokal qəzalar baş verə bilər", - deyə məlumatda qeyd olunub.
Məlumatda bildirilir ki, bu kimi hallarda qeyd olunmalıdır ki, təmir-bərpa prosesində əsas vaxt aparan proses birbaşa texniki təmir işlərindən daha çox, boru kəmərinin suyunun boşaldılması və yenidən doldurulması mərhələsidir:
"Belə ki, kəmərin tam boşaldılması 24 saatdan artıq vaxt tələb edir. Həmçinin eyni müddət ərzində borunun təzyiqə uyğun şəkildə yenidən su ilə doldurulması prosesi həyata keçirilir.
Bütün bu mərhələlər ciddi nəzarət altında və müvafiq təhlükəsizlik tədbirləri çərçivəsində aparıldığından qəza baş verdikdə ümumi bərpa müddəti nisbətən uzun zaman tələb edə bilir".
"Xüsusilə diqqətə çatdıraq ki, belə qəzalar zamanı bu kəmərdən qidalanan ünvanların alternativ su mənbələri ilə gün ərzində fasilələrlə su təchizatı həyata keçirilir. Eyni zamanda, kəmərin bərpası istiqamətində ərazi briqadası tərəfindən operativ və müntəzəm işlər icra olunur", - deyə açıqlamada bildirilib.(oxu.az)
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












