Dörd kəndi birləşdirən əsas yollarda ciddi deformasiyalar yaranıb - FOTO

Son günlər Şamaxı rayonunun Qaleybuğurd, Sis, Qaladərəsi və Keçmədin kəndlərinə aparan avtomobil yollarında təbii amillərin təsiri nəticəsində müəyyən çətinliklər yaranıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, torpaq sürüşməsi səbəbindən yolların bir neçə hissəsində deformasiya müşahidə olunur. Bəzi sahələrdə iri qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Bu hallar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə təsir göstərərək, bölgəyə gediş-gəlişdə müəyyən çətinliklər yaradır. Şamaxının həmin kəndləri həm yerli əhali, həm də turistlər tərəfindən intensiv istifadə olunur. Bu yaşayış məntəqələri regionun turizm xəritəsində mühüm yer tutur. Qeyd olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün də yol infrastrukturunun əlverişli olması xüsusi əhəmiyyət daşıyır. Həm yerli sakinlərin, həm də bölgəyə üz tutan turistlərin rahat və təhlükəsiz şəkildə hərəkəti üçün yol şəraitinin yaxşılaşdırılması vacib hesab olunur.
Əraziyə baxış keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sahə rəisi Anar Hacıyev bildirib ki, mövcud vəziyyət diqqətlə izlənilir və zəruri tədbirlər planlaşdırılır:
“Bildiyimiz kimi, Şamaxı həm də seysmik zonadır və tektonik hərəkətlər nəticəsində yollarda çökmələr, sürüşmələr və müxtəlif təbii dəyişikliklər baş verir. Bizim idarə bu yolların istismarına cavabdeh olaraq, cari təmir işlərini davamlı şəkildə həyata keçirir. Hazırda təmir-bərpa işlərinə hazırlıq gedir. Yaxın müddətdə Şamaxı, Qaleybuğurd və Sis kəndlərini birləşdirən əsas yolların əsaslı təmirinə başlanacaq”.
Qeyd olunub ki, hazırda mövcud vəziyyətə nəzarət davam etdirilir. İqlim və relyef faktorları nəzərə alınmaqla texniki tədbirlər müvafiq ardıcıllıqla həyata keçiriləcək. Gözlənilir ki, görüləcək işlər nəticəsində Şamaxının dağ kəndlərinə aparan yollar yaxın gələcəkdə daha təhlükəsiz və rahat nəqliyyat axını üçün tam uyğun vəziyyətə gətiriləcək.
Qeyd edək ki, həyata keçiriləcək təmir işləri kəndlərə gediş-gəlişi daha da asanlaşdıracaq, bölgənin iqtisadi və turizm potensialına müsbət təsir göstərəcək. Yeni yol infrastrukturunun yaradılması həm yerli sakinlərin gündəlik həyatını asanlaşdıracaq, həm də turizm marşrutlarının daha səmərəli planlaşdırılmasına şərait yaradacaq.






Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ










