Dövlət müəssisəsində KÜTLƏVİ İXTİSAR: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - (YENİLƏNİB)

Azərbaycan İdman Akademiyasından 100-ə yaxın işçinin vəzifəsindən azad edilməsi ilə bağlı məsələyə münasibət bildirilib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə qurumdan Oxu.az-a bildirilib ki, akademiyanın publik hüquqi şəxsə çevrilməsi ilə bağlı qərar verildikdən sonra bir sıra silsilə islahatların tətbiqinə başlanılıb:
"Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar verib və Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib. Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsil strategiyasını daha da təkmilləşdirilmək və qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf olaraq qoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb".
Həmçinin qurumdan əlavə edilib ki, akademiyanın inzibati heyətinin müasir tələblərə uyğunlaşdırılması prosesi hazırda davam etdirilir:
"Bir neçə mərhələdən ibarət olan islahatlara eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və videoqeydiyyat prosesi olmaqla fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir. İnanırıq ki, tezliklə idman ictimaiyyəti akademiyanın ölkənin idman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafı üçün həyata keçirmiş olduğu bu islahatlarının müsbət nəticələrinin şahidi olacaq".
*** 08 yanvar, 22:48
Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad edilib.
Məlumata görə, ixtisar ötən ay baş verib.
Belə ki, dekabr ayının 30-u bir qrup şəxs işdən çıxarılıb. Məlumatda bildirilir ki, ixtisarların davam edəcəyi gözlənilir.
Həmçinin qeyd edilib ki, işdən çıxarılanlar arasında vəzifəli şəxslər də var.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












