Dövlət qulluqçularına döymə vurdurmaq olar? – HÜQUQİ İZAH

Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dövlət qulluqçularının döymə (tatoo) etdirməsinin qanunla qadağan olunub-olunmadığı barədə müxtəlif fikirlər səsləndirilir. Bəzi vətəndaşlar hesab edir ki, döymənin olması bu şəxslərin dövlət orqanlarında işə qəbuluna və ya vəzifədə irəliləməsinə mane ola bilər.
Bəs bu məsələdə real hüquqi çərçivə nə deyir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Bizim.Media"ya danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırkı qanunvericilik döymə ilə bağlı heç bir məhdudiyyət və ya qadağa nəzərdə tutmur:
“Əmək Məcəlləsində, Dövlət Qulluğu haqqında Qanunda, habelə polis, hərbi və ədliyyə orqanlarında xidmətlə bağlı normativ sənədlərdə tatoo məsələsinə dair qadağalar yer almır. Yəni istər dövlət qulluqçusu, istərsə də xüsusi xidmət tələb edən sahələrdə çalışan şəxslər üçün döymə qadağan deyil. Bu, daha çox şəxsi zövq və estetik baxışla bağlıdır. Hüquqi baxımdan buna görə kiminsə işə qəbuldan imtina edilməsi və ya vəzifəsindən uzaqlaşdırılması qanunsuz hesab olunur”.
Vəkil qeyd edir ki, döymənin şəxsin peşəkarlığına və vəzifə səlahiyyətlərini yerinə yetirməsinə təsir etmədiyi təqdirdə, bu cür müdaxilələr diskriminasiya kimi qiymətləndirilə bilər:
“Qanun qarşısında hamı bərabərdir. Bir şəxsin bədənində döymənin olması onun iş keyfiyyətinə təsir etmədiyi müddətcə, buna əsaslanaraq məhdudiyyət qoyulması hüquqi normalara ziddir. Əksinə, belə hallar aşkarlanarsa, həmin şəxs öz hüquqlarının müdafiəsi üçün müvafiq məhkəmə instansiyalarına müraciət edə bilər. Bu, Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqların pozulması kimi qiymətləndirilə bilər”, - deyə o bildirib.
Sonda hüquqşünas vurğulayıb ki, dövlət qulluqçuları və xüsusi xidmət sahələrində çalışan şəxslərin xarici görünüşünə dair müəyyən daxili nizam-intizam qaydaları ola bilər, lakin bu, döyməyə görə kiminləsə qeyri-rəsmi ayrı-seçkilik edilməsini qanuniləşdirmir.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












