Dövlət sirrindən şəxsi məlumatlara qədər hamısı elektronlaşır: Bəs necə qorunacaq? — AÇIQLAMA

Rəqəmsallaşma dalğası dövlət və özəl sektorun arxivlərini kağız qovluqlardan çıxarıb internetin sonsuz dəhlizlərinə daşıdıqca, "itirilmiş məlumatlar" kabusu daha real görünməyə başlayır. Məxfi sənədlərin təkcə kiberhücumlardan qorunması deyil, həm də onların texniki səbəblərdən tamamilə silinməsi və ya məhv olması riski bu gün idarəetmənin ən həssas nöqtəsinə çevrilib. Bu rəqəmsal transformasiya fonunda Azərbaycanın informasiya təhlükəsizliyi divarlarını necə "hörməsi" diqqət mərkəzindədir.
Avtosfer.az-ın məlumatına görə, İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, bütün müvafiq dövlət qurumları bu sahə üzrə müxtəlif nəzarət və tənzimləyici tədbirlər həyata keçirir:
“Bu tədbirlərin əsas məqsədi mövcud problemlərin vaxtında aşkarlanması və onların qarşısının alınmasıdır. Təbii ki, bu istiqamətdə dünyada formalaşmış müəyyən standartlar və beynəlxalq yanaşmalar mövcuddur. Hər bir ölkə öz standartlarına uyğun şəkildə tətbiq edir. Bu baxımdan hər dövlət qurumunun fəaliyyət istiqaməti və istifadə etdiyi mexanizmlər də fərqlənir. Ümumi yanaşma isə beynəlxalq təcrübənin öyrənilməsi və milli qanunvericiliyə inteqrasiya edilməsindən ibarətdir. Dünyada bu sahədə nəzarətin təşkili, mexanizmlərin qorunması, itkilərin qarşısının alınması və düzgün saxlanılması ilə bağlı müxtəlif praktikalar mövcuddur. Bu praktikalar effektiv idarəetmə və şəffaflıq prinsiplərinə əsaslanır. Azərbaycan da həmin təcrübələri diqqətlə təhlil edir. Ölkəmiz beynəlxalq modelləri olduğu kimi kopyalamır, onları yerli reallıqlara uyğunlaşdırır. Mövcud hüquqi baza da məhz bu yanaşma əsasında təkmilləşdirilir. Dövlət qurumları arasında koordinasiya gücləndirilir”.
Göründüyü kimi, rəqəmsal yaddaşın qorunması artıq sadəcə texniki məsələ deyil, həm də hüquqi və strateji preventiv addımlar zənciridir. Bu zəncirin nə dərəcədə möhkəm olduğunu isə zaman və qarşıdakı texnoloji sınaqlar göstərəcək.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












