Dövlət Vergi Xidməti "ANC GROUP"da yoxlamalara başladı

Son günlər yerli mətbuatda “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranması ilə bağlı xəbərlər yayılmşdı. Avtosfer.az-ın "Sfera.az"a istinadən məlumatına görə, Dövlət Vergi Xidməti artıq 2 gündür sözügedən şəbəkələri idarə edən “ANC Group” MMC-də yoxlamalara başlayıb. Məlumata görə vergi yoxlamaları nəticəsində adıçəkilən şirkətın böyük miqdarda vergidən yayınması faktları aşkar olunub. Bununla yanaşı şirkətin təchizatçılara da on milyonlarla vəsaitin ödəmədiyi üzə çıxıb. Araşdırmamız nəticəsində məlum olub ki, “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələri “ABDA Retail İnvestment Holding LTD”-yə və “Pro-Mart” MMC-yə aiddir. Holdinqin 50 faizi Adnan Əhmədzadəyə, digər 50 faizi isə Anar Əlizadəyə məxsusdur. “ABDA Retail İnvestment Holding LTD”-i isə “ANC Group” MMC tərəfindən idarə olunur. MMC-nin 45 faiz səhminə Adnan Əhmədzadə, 45 faizinə Anar Əlizadə, 10 faizinə isə Cəlal Babakişiyev sahibdir.
Onu da qeyd edək ki, “ANC Group” MMC-nin 10 mindən çox əməkdaşı var və onlar bir neçə aydır əmək haqlarının almasında problemlərin olması ilə bağlı çoxsaylı şikayətlər ediblər. MMC-nin dəfələrlə gömrük qaydalarını pozduğuna görə cərimə olunduğu da yerli mətbuatda dərc olunub. Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə “Pro-Mart” MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib. Bu, ictimaiyyət arasında ciddi suallar doğurur: Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir? Vergi və maliyyə şəffaflığı məsələsi burada açıq qalır. Məlumatlara görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və “Pro-Mart” MMC barəsində inzibati icraat açılıb. Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi. Hazırda “Bolmart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












