Dünyada 2 milyarddan çox vaksin vurulub

Dünya üzrə koronavirusa qarşı tətbiq edilən vaksin dozalarının sayı 2 milyard 220 milyonu ötüb.
“Qafqazinfo” xəbər verir ki, dünya üzrə koronavirusa qarşı vaksinasiya məlumatlarının tərtib edildiyi “Ourworldindata.org” saytına görə, Çin 808 milyon 960 min doza ilə ən çox peyvənd vuran ölkə olub.
Çindən sonra ilk onluqda peyvəndlənmə göstəricilərinə görə ABŞ (303 milyon 920 min), Hindistan (239 milyon 60 min), Braziliya (74 milyon 540 min), İngiltərə (68 milyon 800 min), Almaniya (55 milyon 550 min) , Fransa (40 milyon 840 min), İtaliya (39 milyon 310 min), Meksika (34 milyon 660 min), Türkiyə (31 milyonla 646 min) yer alır.
Əhaliyə nisbətdə peyvəndlənmə göstəricisi ən yüksək olan ölkə 100 adama doza sayının 138,83 olduğu Seyşel adalarıdır. Seyşel adaları ilə birlikdə daha 9 ölkədə tətbiq olunan dozaların sayı əhali sayını keçib.
Hər 100 nəfərə tətbiq olunan dozaların sayı Birləşmiş Ərəb Əmirliklərində 134.95, San- Marinoda 127.27, Maltada 126.45, İsraildə 122.49, Bəhreyndə 108.71, Monqolustanda 106.19 Çilidə 102.76, İngiltərədə 101.35 olub.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə 2 milyon 586 min 410 (1-ci mərhələ: 1 646 054, 2-ci mərhələ: 940 356) doza peyvənd vurulub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












