Dünyanın 10 aparıcı müdafiə və aviasiya şirkətinin bazar dəyəri artıb

Bu ilin noyabr ayında beynəlxalq fond bazarlarında dünyanın 10 aparıcı müdafiə və aviasiya şirkətinin səhmləri bahalaşıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, şirkətlərin bazar dəyərinin artması əsasən koronavirus (COVID-19) pandemiyası əleyhinə peyvəndlə bağlı müsbət xəbərlər, ABŞ-dakı prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliyin azalması, qlobal iqtisadiyyatın bərpasına dair nikbinliklə bağlıdır.
Ötən ay səhmləri bahalaşan şirkətlər İtaliyanın "Leonardo" (48,2%), ABŞ-ın "Boeing" (45,9%), Fransanın "Airbus" (40,2%), “Thales” (37,9%), ABŞ-ın “Raytheon Technologies” (32), Böyük Britaniyanın “BAE Systems” (27%), ABŞ-ın “L3 Harris Technologies” (19,2%), “General Dynamics” (13,7%), “Northrop Grumman” (4,3%), “Lockheed Martin” (4,2%) şirkətləridir.
Bununla belə, lin əvvəli ilə müqayisədə “Leonardo” 42%, “Boeing” 35,3%, “Airbus” 32,8%, “Raytheon Technologies” 23,9%, “Thales” 16,7%, “General Dynamics” 15,3%, “Northrop Grumman” 12,1%, “Lockheed Martin” 6,3%, “L3 Harris Technologies” isə 3% dəyərdən düşüb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












