DYP-nin qovduğu «07» 2 nəfərin həyatına qoydu - FOTOLAR

Bakının Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar yayılıb. Məlumata görə, Tural Rəhimovun idarə etdiyi «VAZ-2107» markalı avtomobil Aeroport şosesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt VAZ-2107 qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi «Lexus»la toqquşub. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki sərnişin ölüb, sürücü Tural Rəhimov, eləcə də, «Lexus»un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar. VAZ-2107-nin sürücüsünün yaxınları bildiriblər ki, Tural Rəhimov yol polisi əməkdaşlarından qaçmağa çalışırmış. Metronun «Koroğlu» stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq, VAZ-2107-nin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək, əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma baş verib. Nizami Rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov isə APA-ya açıqlamasında deyib ki, VAZ-2107-nin YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddialar araşdırılır. Müstəntiqin sözlərinə görə, ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə də baxış keçiriləcək və hadisənin təfərrüatları müəyyən ediləcək. "İlkin versiya bundan ibarətdir ki, VAZ-2107-nin sürücüsü avtoxuliqanlıq edib. 3 saylı şəhər Kliniki Xəstəxanasından bildirilib ki, VAZ-2107-nin sürücüsü Tural Rəhimovun vəziyyəti ağırdır və əməliyyat olunur. Hadisə nəticəsində ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
















