DYP-nin sürücünü qovması araşdırılır

Mayın 10-da paytaxtın Nizami rayona ərazisində, Heydər Əliyev prospektində iki nəfərin ölməsi və bir neçə nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin araşdırılması davam edir. Həmin hadisənin DYP-nin təqib etdiyi «VAZ-2107» avtomobilinin nəqliyyat axınının əksinə yüksək sürətlə hərəkəti nəticəsində baş verdiyi bildirilsə də, hələlik bunu rəsmi şəkildə təsdiq etmirlər. Qəzası nəticəsində iki nəfərin ölümünə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və xanımının xəstəxanaya düşməsinə səbəb olan Tural Rəhimovun vəziyyəti isə stabilləşib. Tural Rəhimov 3 saylı şəhər xəstəxanasında olan axar.az-ın əməkdaşlarına bildirib ki, qəzaya səbəb avtomobilində olan Sara adlı şəxsin ürəkkeçməsidir: «Babək prospektindən “Koroğlu” metrostansiyasına qədər bizi üç polis maşını izləyirdi. Sara və Təbriz mənimlə bir maşında idilər. Saranın ürəkkeçməsi var idi. Ona görə həyacanlı idim və nə etdiyimi bilmirdim”.
Tural Rəhimov hazırda 3 saylı şəhər xəstəxanasının Travmotologiya şöbəsinin 318 nömrəli palatasında müalicə olunur. Onun üzündə və boynunda yara izləri var. Ağciyəri zədələnib və qarın nahiyəsindən əməliyyat olunub. Tural Rəhimov avtomobilində olan Sara və Təbriz adlı şəxslərin dünyasını dəyişməsindən hələ də xəbərsizdir.
İşi araşdıran Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibovun Avtosfer.az-a verdiyi məlumata görə, iş üzrə araşdırmalar davam etdirilir: «Amma hələlik araşdırmalar yekunlaşmadığından konkret fikir demək mümkün deyil. Araşdırmalar yekunlaşdıqdan sonra ictimayyətə də əlavə məlumat veriləcək».
Hadisənin səbəbi kimi Dövlət Yol Polisi əməkdaşının qəzaya səbəb olan «VAZ 2107» markalı avtomobili qovmasına gəldikdə isə müstəntiq bu faktın hələ təsdiqini tapmadığını vurğuladı: «Bu hələ ki, bir iddiadır. Bu iddianın təsdiq olunub-olunmaması isə araşdırmalardan sonra məlum olacaq».
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












