Əcnəbilərə taksilərdə işləməyə qadağa qoyuldu

Rusiyanın Leninqrad vilayətində 2024-cü ilin sonuna qədər əcnəbilərə taksi sürücüsü işləmək qadağan edilib.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, vilayətdə əcnəbi vətəndaşların taksi sahəsində işləməsinə və sürücü ilə avtomobil icarəyə götürməsinə qadağa qoyulub.
Qeyd edək ki, xarici vətəndaşların bu fəaliyyət növlərinə girişinin məhdudlaşdırılması təklifini vilayət prokuroru Sergey Jukovski irəli sürmüşdü və buna cavab olar vilayətin qubernatoru Aleksandr Drozdenkon fərman imzalayıb.
Bu qərarın əsasını, regional rəhbərlərə hər il yerli əmək bazarının xüsusiyyətlərini nəzərə alaraq müəyyən sənaye sahələrinə əcnəbi işçilərin cəlb edilməsinə məhdudiyyətlər qoymağa imkan verən federal qanun təşkil edirdi.
Taksi və sürücüsü ilə bərabər icarəyə götürülmüş avtomobillər sektoruna xüsusi diqqət yetirilməsi bu sənayedə əcnəbi vətəndaşların məşğulluğunun yüksək payı ilə izah olunur. Regional hakimiyyət orqanları, lazım gələrsə, gələcəkdə tədbirlərə düzəliş etmək üçün yeni qaydaya riayət olunmasına və əmək bazarı üçün mümkün nəticələrə nəzarət edəcəklər.
Namiq Musayev
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












