Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI

Ötən gecədən başlayan Əfqanıstan-Pakistan münaqişəsi nəticəsində yüzlərlə ölü və yaralının olduğu bildirilir. Hələ Pakistanın müstəqilliyindən – 1947-ci ildən bu yana Əfqanıstanla Pakistanın münasibətləri heç də yaxşı olmayıb. Əfqanıstan Pakistanın müstəqilliyinin əleyhinə olbu. Sonradan fikri dəyişsə də, 1949-cu ildən etibarən iki ölkə arasında ilk sərhəd toqquşmaları baş verib. Son 20-25 ildə isə bu gərginlik daha da pik həddə çatıb.
Dünən Əfqanıstan ordusunun Pakistan ərazisinə zərbəsindən sonra beynəlxalq ictimaiyyət bir neçə sual ətrafında müzakirələr yaradıb. Əfqanıstanla Pakistan arasında münaqişə yenidən niyə alovlanıb? Bu vəziyyət Trampın daha bir müharibəni dayandırıb qəhrəman obrazını təsdiqləməsi üçün yaradılıb? Yoxsa Əfqanıstan itirdiyi gücünü bərpa etməyə çalışır?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Əfqanıstan-Pakistan müharibəsinin gərginləşməsinə səbəblər Pakistan dövləti ilə siyasi və ideoloji cəhətdən əks mövqedə dayanan Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsidir.

“Nəzərə alsaq ki, Taliban məhz Pakistanda yaradılıb. Pakistana kəşfiyyət qüvvələrinin kömək ilə 90-cı illərdə yaradılıb və əsasən Pakistanda təhsil alan mədrəsə tələbələrindən ibarət idi.
Burada əsas məsələ Əfqanıstanı elə keçirməkdir. Ancaq Talibanın niyyətində təkcə İslam Əmirliyi kimi yaratmaq istədiyi dövlətə Əfqanıstan ərazisinin qatılması nəzərdə tutulmayıb, burada həm də Pakistan ərazisi nəzərdə tutulub və ABŞ-nin dəstəkyilə Əfqanıstanda vaxtı ilə hakimiyyətdə olan Həmid Kərzai hökumətinin Talibanı sıxması nəticəsində Taliban dağlardan aşaraq Pakistan ərazilərində tez-tez mövqelənirdi. Nəticə itibarilə, Pakistanda da Talibanı optimallaşdırmaq üçün, yəni mütəşəkkilləşdirmək üçün burada Pakistan Talibanı adında bir təşkilat qurdular. Bu təşkilat əsas etibarilə daha sonralar Talibandan daha çox Əl-Qaidə ilə yaxınlaşmağa başladı və Beytullah Məsudun təşkilata rəhbərlik etdiyi dövrdə əsasən Əl-Qaidənin regional qanadı kimi fəaliyyət göstərdi.
Pakistanda bir çox terror aktları həyata keçirib. Bunlardan ən dəhşətlisi 27 dekabr 2007-ci ildə Rabaplini şəhərində Pakistanın keçmiş başnaziri Benazir Bhuttoya qarşı həyata keçirilmiş suiqəsd idi və Bhuttonun həyatı bahasına başa gəldi. Taliban Əfqanıstanda hakimiyyəti elə keçirdikdən sonra faktiki olaraq yenidən Pakistana qarşı müəyyən əməliyyatlara başlayıb və iki ölkənin arasında olan 2600 kilometrlik baryer xəttini də öz sərhədi kimi saymaq istəmir. Pakistanda müəyyən ərazilərə hələ də iddiasına davam edir. Bu da istər-istəməz ciddi şəkildə problemlər yaradır və dəfələrlə Pakistan hükuməti Əfqanıstana - Taliban hərəkatına müraciət edərək Pakistan Talibanına dəstəkdən imtina etməsini istəyib, ancaq Əfqanıstan bu məsələni rədd edir, bildirik ki, Pakistan Talibanı ilə heç bir münasibəti yoxdur, ancaq ona küllü miqdada dəstək verdiyinə dair Pakistan hükumət orqanlarının məlumatı var. Yəni, burada bir neçə xüsusi mühüm məsələ var və ona görə düşünürəm ki, bu hadisə, yəni müharibə baş verdi. Trampın mən mövqeyini burada çox da ehtimal etmirəm. Buradakı münaqişəni dayandıracaq iki əsas ölkə var. Bunlardan biri Türkiyədə, biri də Qətərdir. Çünki hər iki ölkənin, həm Türkiyənin, həm Qətərin həm Pakistan, həm də Əfqanistanla yaxın münasibətləri var. Yəni, onlar vasitəçilik edərək münaqişəni dayandıra bilərlər”.
Səfər
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO









