Əfqanıstan XİN Azərbaycana başsağlığı verib

Əfqanıstanın Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.
Avtosfer.az Əfqanıstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin XİN başçısının müavini Əlhac Şer Məhəmməd Stanekzai ilə görüşüb.
“İlham Məmmədov xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əlhac Şer Məhəmməd Abbas Stanekzai ilə görüşüb”, – Əfqanıstan XİN-in məlumatında qeyd olunub.
Bildirilib ki, görüşdə Stanekzai “Azərbaycan Hava Yolları”na məxsus mülki təyyarənin qəzaya uğraması bağlı başsağlığı verib və Əfqanıstanın siyasi, iqtisadi və sosial sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsinə sadiq qaldığını bildirib. “Əfqanıstan hökumətinin başsağlığına görə təşəkkürünü bildirən cənab Məmmədov bunu iki ölkə arasında həmrəylik və qardaşlıq ruhunun böyük təzahürü kimi qiymətləndirib və əlavə edib ki, Azərbaycan Əfqanıstanla siyasi əlaqələri genişləndirməkdə maraqlıdır və ölkəsinin Əfqanıstanla iqtisadi əməkdaşlığa hazır olduğunu açıqlayıb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Səfir həmçinin ikitərəfli münasibətlərin gücləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












