Əfv Məsələləri Komissiyasının ikinci iclası keçirilib - Ən çox kimlər müraciət ediblər?

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ikinci iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə OxuaAz-a komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O qeyd edib ki, iclasda yüzdən artıq müraciətə baxılıb:
"Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il üçün ikinci iclası keçirilib. İclası komissiyanın sədri Samir Nuriyev açıb. Əsasən, qəsdən adam öldürməyə cəhd, sağlamlığa ağır zərbə vurma, adam oğurluğuna cəhd, oğurluq və soyğunçuluq kimi cinayətlərlə bağlı məhkum olunmuş şəxslərin müraciətləri müzakirəyə çıxarılıb. Komissiya hər bir müraciətlə bağlı müzakirə apararaq səsvermə nəticəsində qərarlar qəbul edib. Komissiya növbəti həftələrdə öz işini davam etdirəcək".
"Əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir, humanizm və mərhəmət aktıdır. Komissiya iclaslarını yekunlaşdırandan sonra müsbət rəy verilmiş sənədlər toplanaraq Prezidentə təqdim olunacaq. Yəqin ki, yaxın aylarda biz Prezident tərəfindən növbəti əfv sərəncamının imzalanmasının şahidi olacağıq", - deyə R.Məcid əlavə edib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












