"Əgər yaxın saatlarda erməni silahlıları oradan çıxarılmasa..." - Ədalət Verdiyev
Gündəm
10 Avqust 2021 13:31

"Rusiya sülhməramlıları ən qısa müddətdə, hətta Müdafiə Nazirliyi səviyyəsində aydınlıq gətirməlidir ki, ermənilər nə üçün sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə canlı qüvvə və hərbi texnikalar gətirir. Əks halda, baş verən proseslər üçtərəfli birgə bəyanatın dördüncü bəndinin şərtlərini kobud şəkildə pozur. Hətta Ermənistan bu şərtlərin tam əks istiqamətində addım atır. Bu isə Azərbaycan üçün heç bir halda qəbul edilən deyil". Bu sözləri unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert onu da diqqətə çatdırıb ki, sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərindən keçən erməni silahlıları bu gün qanun qarşısında cavab verir:
"Baş verən proseslər artıq görüntüləri ilə öz təsdiqini tapıb. Deməli, Rusiya sülhməramlıları yenə də əvvəllər yol verdikləri yanlışları təkrarlamaqda davam edirlər. Məlumdur ki, həmin sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərindən keçən erməni silahlıları bu gün Azərbaycan məhkəmələri qarşısında mühakimə edilir. Əgər yaxın saatlarda məlum məsələyə aydınlıq gətirilməzsə və həmin silahlıların oradan çıxarılmasına dair görüntülər Azərbaycan tərəfinə verilməzsə, Azərbaycan bu özbaşınalığa istənilən metodla reaksiya vermək hüququna malikdir".
Oxunub : 1808
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
ŞƏRH YAZ













