Əhalinin NƏZƏRİNƏ - 107 avtobusa bu qurğular quraşdırılır

"Əlilliyi olan şəxslərin istifadəsi ücün pandusla təchiz edilmiş 1200-dən artıq avtobus müxtəlif marşrutlar üzrə istismar olunur. Bu sayın artırılması və bu cür imkanları olan avtobusların istismara buraxılması istiqamətində işlər aparılır". Avtosfer.az xəbər verir ki, bu barədə "Baku.ws"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, həmçinin 1054 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Hazırda səsləndirmə həyata keçirilən avtobus sayının artırılması istiqamətində texniki və digər zəruri işlər görülür.
"Daşıyıcılar tərəfindən yeni gətirilən daha 107 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır. Müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı təşkil edilən müsabiqələr zamanı da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunan nəqliyyat vasitələrinə üstünlük verilir", - deyə məlumatda vurğulanıb.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












