Ekspert: "Yandırılan zibil qabları təhlükə mənbəyidir" - FOTO

Son vaxtlar Bakıda dayanacaqlarda qoyulan zibil qutuları yığışdırılmaq əvəzinə yandırılır. Özü də bu əhalinin səhər saatlarında işə getdiyi vaxtlarda baş verir.
Əsasən siqaret kötükləri, qutuları, polietilen torbalar və su qabları atılan zibil qutuları od vurulduğu anda ətrafı tüstü basır. Bu hal dayanacaqda dayanan vətəndaşların haqlı narazılığına səbəb olur. Ən dəhşətlisi isə həmin qutulardakı zibillərin küləkli havada yandırılmasıdır.
Ən kiçik yanğın belə yaxınlıqdakı binalara təhlükədir.
Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu mədəni səviyyənin aşağı olmasından xəbər verir:
"Həmin qutulara atılan zibillər tez alışır, od vuran kimi yanğın böyüyür. İnsanlarda ekoloji mədəniyyət yoxdur. Hələ bu insanlarda ekoloji mədəniyyət formalaşmayıb. Almaniyada siqaret çəkənlər üçün xüsusi yerlər var, kim istəsə siqaretini çəkir və yoluna davam edir. Orada siqaretin kötüyünü zibil qutusuna atmaq olmaz. Bu yanğına səbəb ola bilər. Xarici ölkələrdə 6-7 yaşında olan uşaqlar belə vəziyyəti görəndə deyir "siz səhv etdiniz". Uşaqlar bu hərəkəti ilə adamları utandırır. Onlar bununla adamları maarifləndirir".

Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












