Ekspertdən açıqlama: Çörək ucuzlaşacaq?

Məlum olduğu kimi, Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb. Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar. Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0.7-1.3 manat azalma müşahidə olunur. Açıqlanan rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26.1-27.8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat təşkil edib.
Bəs bu proses çörəyin qiymətinin azalmasına səbəb ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, iqtisadçı ekspert Fuad İbrahimov "Bizim.media"ya açıqlamasında bildirib ki, unun ucuzlaşmasının çörəyinin qiymətinin azalmasına birbaşa təsiri ola bilər:
"Amma sağlam rəqabət şəraitində. Çünki məhsulun əsas xammalı ucuzlaşırsa, bu da istər-istəməz hazır məhsulun maya dəyərinə də öz təsirini göstərir. Lakin sağlam rəqabət olmayan yerdə maya dəyəri nə qədər azalsa da, hazır məhsul baha olaraq qalır. Nəzərə alaq ki, çörək əsas qida və strateji məhsul olduğu üçün bu sahəyə dövlət nəzarəti kifayət qədər yüksəkdir. Son illərin təcrübəsində də gördük ki, ərzaqlıq buğda və unun qiyməti endikcə çörəyin də qiymətində azalma olub. Son zamanlar "zavod çörəyi"nin qiymətində iki dəfə eniş olub. Yəqin ki, budəfəki azalma da çörəyin qiymətinə öz təsirini göstərəcək və yaxın zamanlarda biz çörəyin ucuzlaşmasını görə bilərik".
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












