Əlavə sərnişin götürən avtobus sürücülərini hansı cəza gözləyir? - VİDEO

Bəzən rayondan Bakı istiqamətinə hərəkət edən avtobuslar oturacaq sayından əlavə sərnişin götürür. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə rayonlararası fəaliyyət göstərən avtobusun nəzərdə tutulandan çox sərnişin daşıması ilə bağlı görüntülər paylaşılıb.
Videoda Xaçmaz-Bakı marşrutu üzrə hərəkət edən nəqliyyat vasitəsinin nəzərdə tutulandan 11 nəfər artıq sərnişin götürüldüyü qeyd olunub. Bəzi vətəndaşlar bildirirlər ki, sürücülərin hərəkətə başladıqdan sonra yol kənarından əlavə sərnişin götürmələri səyahət boyunca nəqliyyat vasitəsində olan digər şəxslərin narahatlığına səbəb olur.
Vətəndaşlar deyirlər ki, uzunmüddətli səfər zamanı nəqliyyat vasitəsindən yalnız bileti olan sərnişinlər istifadə etməlidirlər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, nəqliyyat vasitələrində, o cümlədən avtobuslarda nəzərdə tutulandan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab edilir.
Daha ətraflı videomaterialda.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












