Eldar Mahmudovun avtosalonu bağlandı - 100-dən çox bahalı maşın yoxa çıxdı - FOTO

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus "Avtomobil Dünyası" maşın salonu fəaliyyətini tam dayandırıb. Avtosfer.az hafta.az-a istinadən bildirir ki, Badamdar qəsəbəsi «Qurd Qapısı» dairəsinə yaxın ərazidə yerləşən "Avtomobil Dünyası" adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıb. Maşın salonunda qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon "Saba Crash"adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə "Crystal", son günlərə qədər isə "Avtomobil Dünyası" adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə kifayətlənmirdi. Belə ki, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan "Caspian Crystal" dükanı da müştərilərə xidmət göstərib.
Əldə etdiyimiz məlumata görə, dünən axşam saat 23:00-dan etibarən salon boşaldılıb, 100-dən çox bahalı maşın isə naməlum istiqamətə aparılıb. Şahidlərin əməkdaşımıza verdiyi xəbərə görə, salonun önünə çoxlu sayda bir neçə maşını eyni anda daşıya biləcək evakuatorlar gətirilib. Maşınlar bu evakuatorlara yüklənərək aparılıb.
Azpolitika.info-nun məlumatına görə, Azərbaycanda "Range Rover", "Jaguar", "Maserati" avtomobillərinin və "Dicati" motesikletlərinin rəsmi distribütoru olan "Crystal Motors" şirkəti də "Caspian Crystal" holdinqə bağlıdır. 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur. Daha dəqiqi, MTN şefi bu holdinqi oğlu üçün yaradb. Elə "Caspian Crystal" holdinqin İdarə Heyətinin sədri də Anar Eldar oğlu Mahmudovdur. "Caspian Crystal"ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində "Caspian Crystal" plazada yerləşir.
"Caspian Crystal" bir neçə istiqamətdə ixtisaslaşıb - keyterinq, qida, restoranlar və avtomobil satışı.
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR




















