“Elə bil orta əsrlərdə yaşayırıq, nə işıq var, nə yol” - Nabrandan ŞİKAYƏT - VİDEO

Xacmaz rayonu, Nabran İkinc Yalama Turist qəsəbəsi sakinləri qəsəbənin baxımsızlığından giley-güzar edirlər. Onlar bildiriblər ki, turistlərin bol-bol gəlib getdiyi qəsəbədə yollar bərbad gündədir. Elmi işçi Şövkət Ələkbərova bildirib ki, qəsəbə yollarının pis gündə olması səbəbi ilə əraziyə taksilər gəlmək istəmirlər. Yol çəkilişi üçün dəfələrlə müraciət edilsə də, müraciətlərinə baxılmayıb. Qəsəbədə zibillər daşınmır, kim hara gəldi tullantıları tökür, pis qoxu sakinləri narahat edir. “Özümüz kömək eləməyə hazırıq, yolumuzu çəksinlər. Yanğın olsa, yanğınsöndürən, təcili yardım maşını çağırası olsaq, gəlməsi saatlar çəkəcək. Elə bil orta əsrlərdə yaşayırıq. İşıq xətləri köhnəlib, dəfələrlə sönür. Bu cür gözəl təbiəti olan bir qəsəbəni bərbad vəziyyətdə saxlayırlar. Bura səliqəyə salınsa, Türkiyənin Antaliyasından qat-qat gözəldir. Sərin, təmiz havası var. Amma baxımsızdır. Meşələrə vaxtında dərman çilənməlidir, ağacların bir çoxu hansısa virus səbəbi ilə çürüyüb gedir. Biz sakinlər olaraq mövcud vəziyyətdən narahatıq. İstəyirik Xaçmaz rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumlar səsimizi eşidib, problemləri aradan qaldırsınlar. Turizm cənnətinin cəhənnəmə çevrilməsinin qarşısını alaq”,- deyə sakinlər qeyd ediblər.
Məsələ ilə bağlı Xaçmaz rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. O şöbədən bu şöbəyə, bu şöbədən o şöbəyə yönəldə-yönəldə, axırda bir nəfər tapıldı ki, bizə cavab versin.
O da heç halını pozmadan "o yollarda nə var ki, daş yoldur də. Yol təmirdən çıxıb. Zibilliyi isə bələdiyyələr vaxtaşırı təmizləyirlər, işıqlar isə normal yanır" dedi.
Bax belə. Bu laqeyd yanaşmadan görünür ki, sakinlər hələ çox gözləməli olacaqlar.
Mənbə: Lent.az
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










