Elektromobil sahibləri yaşayış binası ərazisində hansı halda sayğac quraşdıra bilərlər?

Elektromobil sahiblərinin yaşadıqları bina ərazisindəki park yerlərində avtomobillərini elektriklə təmin edə bilməməsi narazılıq yaradıb.
Avtosfer.az-ın məlumatına görə, Oxu.az-a müraciət edən elektromobil sahibi qeyd edib ki, yaşadıqları binanın dayanacaq yerində onlara öz sayğaclarına qoşulmuş enerjidoldurucu qoşmağa icazə verilmir. Vətəndaş qeyd edib ki, onlar əvvəllər əlavə mexaniki sayğaclar qoşmaqla avtomobillərini enerji ilə təmin ediblər və buna görə binanın komendantına əlavə pul ödəyiblər. Amma “Azərişıq” ASC-nin əməkdaşları vəziyyətdən xəbər tutandan sonra buna icazə verilməyib:
“Onlar bildirdilər ki, bu, doğru deyil. Bu şəkildə enerji yığmaq üçün sizin texniki şərtiniz olmalıdır. Bunun üçün isə “ASAN Kommunal”a müraciət etməlisiniz. Bu, 1 200-1 300 manata başa gələcək”, – deyə şikayətçi bildirib. Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şikayətçi ilə əlaqə saxlanılıb.
“Şikayətçi etiraf edib ki, sözügedən yerin sənədi yoxdur və “ASAN Kommunal”a müraciət etməyib. Sadəcə kimlərdənsə eşitdiklərini mülahizə əsasında danışıb.
Elektrikli avtomobillərin yaşayış binası ərazisindəki park yerlərində enerji yığmasını təmin etməyin qaydası olduqca sadədir. Bunun üçün sayğac quraşdırılacaq yerin sənədi olmalıdır və həmin sənəd yük hesabatı haqqında arayışla (yəni sayğacın təyinatı ilə bağlı – red.) birlikdə “ASAN Kommunal”a təqdim olunmalıdır. Məhz bu iki sənəd əsasında həmin yer sayğacla təmin olunur. Yəni sənədi olmayan ərazi sayğacla təmin olunmur”, – deyə V.Aydınoğlu vurğulayıb.
İstənilən yerdə sayğacın quraşdırılmasına niyə icazə verilməməsinə gəlincə isə, “Azərişıq” ASC-dən bildiriblər ki, hər bir bina tikiləndə müəyyən texniki şərtlər əsasında təhvil verilir və məhz həmin texniki şərtlərə əsasən də binalar elektrik enerjisi ilə təmin olunur.
Vətəndaşların icazəsiz müdaxiləsi isə binaya ümumi elektrik verilişində problemlər yarada bilir. Bu zaman binanın işıqları zəifləyə, xətlər yüklənə və transformatorlar sıradan çıxa bilər. Bu səbəbdən də yalnız texniki şərt əsasında uyğun yerlərdə elektromobillər üçün ayrıca sayğacların quraşdırılması təmin olunur.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












