Əlil şəxs 47 minlik cəriməni necə yığıb? - İmtiyazlardan sui-istifadə? - VİDEO

Azərbaycanda minik avtomobilinin sahibinin ünvanına 47 min manata yaxın cərimə protokolu yazılıb. Avtosfer.az-ın məlumatına görə, Bakının Qaradağ rayonunda yaşayan Habil Qurbanov deyir ki, Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olduğu üçün 2014-cü ildə ona dövlət tərəfindən minik avtomobili verilib. Bu ilin may ayında bildirilib ki, 99-HG-134 dövlət nömrə nişanlı həmin nəqliyyat vəsitəsinin 46 min 954 manat cəriməsi var və bu səbəbdən də duracağa yerləşdirilməlidir.
2-ci qrup əlilliyi olan Habil Qurbanovun iddiasına görə, avtomobil duracağa yerləşdirilərkən ona bildirilib ki, 5 ildən sonra cərimə silinəcək və bundan sonra nəqliyyat vasitəsini götürə bilər.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, məsələ qurumun nəzarətindədir. Habil Qurbanovun sözügedən məsələ ilə bağlı müraciəti nəzarət qaydasında araşdırılıb.
Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətdən azad oluna bilməz.
Bakının Qaradağ rayonunda yaşayan Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olan Habil Qurbanovun törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan hüquq pozmalarına görə 47 min manat cəriməsinin olması imtiyazlardan sui-istifadədir.
Bu barədə Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert. Elməddin Muradlı bildirib ki, əlilliyi olan şəxsin bu qədər xəta törətməsi, təkrar-təkrar hüquq pozuntuları ilə avtomobil idarə etməsi təhlükənin mahiyyətindən xəbər verir. Bu adam tək özünü, ailəsini düşünmür, bəs digər hərəkət iştirakçılarının həyat və sağlamlığını necə? Sual budur. Bu halları cəmiyyət qəbul etmir, çünki əməlin içində təhlükə var və bu təhlükəni yaradan adam hansısa formada törətdiyi əməllərə görə ictimai dəstək axtarır ki, cərimələr silinsin. Bu ola bilməz, qəbuledilməzdir, absurddur. “Əlil avtomobilidir”, -deyib nəqliyyat vasitəsinə ona-buna verib, qayda pozuntuları törədən şəxslər bilməlidir ki, törədilən yol əleyhinə olan hər bir hüquq pozuntusu ağır ictimai təhlükəli əmələ səbəb ola, cinayət baş verə bilər. Heç şübhəsiz ki, imtiyazlı şəxslərə cəmiyyətin bütün üzvləri kimi polis əməkdaşları da hörmətlə yanaşır. Həmin şəxsi indi polis əsaslı olaraq saxlayıb, avtomobili cərimə meydançasına yerləşdirməsi başadüşüləndir. Cəmiyyəti narahat edən odur ki, belə adamlar imtiyazlarından sui-istifadə edib təhlükə yaratmalı deyil.
Ətraflı videomaterialda.
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











