Elza Seyidcahandan İRAD: "Taksi sürücüsünün ixtiyarı yoxdur ki…."

Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamaları ilə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, "Pərvizə görə" layihəsinə qonaq olan ifaçı taksi və avtobus sürücülərindən danışıb.
Müğənni qeyd edib ki, onların istədikləti mahnını dinləməyə ixtiyarı yoxdur. Həmin sürücülər yalnız radio dinləməlidir:
"Maariflənmə nəqliyyatdan başlamalıdır. Xalqımızın vaxtı da nəqliyyatda keçir. Avtobus sürücüsünün ixtiyarı yoxdur ki, öz xoşuna gələn mahnıya qulaq assın, eynilə taksi sürücüsünün də... Necə ki, radara düşürük, cərimə gəlir. Mən də musiqimizin qoruyucusuyam, xələl gəlməsin, qorunsun.
Metroda gözəl musiqilər səslənir. Xahiş edirəm, avtobus və taksi sürücüləri yalnız radio dinləsinlər. Sosial şəbəkələrdə də senzura olsun, 24 saniyədən sonra bayağı mahnılara "dayan" desinlər. Biz musiqimizə gələn fəlakətin qarşısını belə ala bilərik".(BAKU.WS)
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib












