Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi formada təqdim edib. Avtosfer.az xəbər verir ki, Ağalarov bu təqdimatı “DreamFest” musiqi festivalı çərçivəsində, minlərlə tamaşaçının gözü qarşısında dronlar vasitəsilə Bakı səmasında həyata keçirib. Dronların yaratdığı havada proyeksiya şəklindəki görüntülərdə Xəzər dənizində inşa ediləcək “Sea Breeze City” formatında süni bir ada vizual şəkildə təsvir olunub. Layihənin təqdimatı tamaşaçılar və sosial media istifadəçiləri arasında böyük rezonans doğurub. Qısa müddət ərzində görüntülər həm Azərbaycan, həm də rusdilli mediada minlərlə baxış və paylaşımla müşayiət olunub.
Yeni yarımada konsepsiyasında:
• Kazino və əyləncə mərkəzləri,
• Mənzillər və villalar,
• Beşulduzlu mehmanxanalar və turizm obyektləri,
• Yüksək səviyyəli istirahət infrastrukturu nəzərdə tutulur.
Emin Ağalarov bu təqdimatı ilə ölkənin istirahət və əyləncə sektorunda yeni mərhələnin başlanğıcını simvolik şəkildə nümayiş etdirmiş olub.
Qeyd edək ki, bu möhtəşəm vizual şou “DreamFest” konsert proqramının kulminasiya nöqtələrindən biri kimi yadda qalıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












