Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və yeni müvəffəqiyyətlər arzulayıb.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin dünyada böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidenti göstərilən diqqətə və təbriklərə görə təşəkkür edib.
Telefon söhbəti əsnasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın səmimi görüşləri məmnunluqla xatırlanıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan qardaşlıq və strateji müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












