Erməni əsgər valideynləri ayağa qalxdı: “Türklərə yolları açın” - VİDEO

Ermənistanda itkin düşmüş əsgər və hərbçilərin valideynləri itkin düşən övladlarının axtarışdadırlar. Valideynlər bir yerə toplaşaraq, müxalif qüvvələrdən dayanmağı, səlahiyyətlilərdən isə türklərə yol açmalarını tələb ediblər.
“Oradakı övladlarımızdan xəbərimiz yoxdur. Vəziyyətləri necədir, yaralıdılar, bəlkə də, uşaqlarımız sağ geri qaytara bilərik. Nə baş verir? Özünüzə gəlin! Kreslo uğrunda mübarizə aparanlar, kreslo sizə qalsın!
Bu milləti hakimiyyət uğrunda apardığınız davaya qatmayın, bizə övladlarımız lazımdır. Türklərə yolu açın, qoyun, uşaqlarımızı qaytarsınlar”, - erməni əsgər atası Roman Qevorkyan bildirib. “Əsirlərin sərbəst buraxılmamasında günah sizdədir, bütün bunlara görə cavab verəcəksiniz. Bu gün hamımız yasdayıq, Yerablurda hər gün əsgərlər dəfn olunur, heç olmasa insan olun, hakimiyyət uğrunda mübarizəni dayandırın!”, - o vurğulayıb.
Roman Qevorkyan 20 yaşlı oğlundan oktyabrın 5-dən xəbər almadığını bildirib.
Valideynlər axtarış işlərinin müxalifətin siyasi hərəkətləri səbəbindən təxirə salındığından əmindirlər.
Daha ətraflı Baku TV-nin süjetində:
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











