Erməni əsgərlər səngərdən çıxıb Azərbaycana salam verdilər – VİDEO

«Lider» televiziyası Azərbaycan və Ermənistanın ordusunun cəbhə xəttindəki təmas nöqtəsindən maraqlı videokadrlar yayıb. Kadrlardan aydın olur ki, erməni əsgərləri səngərdən çıxaraq heç nədən qorxub-çəkinmədən sərbəst dolaşırlar. Azərbaycan Ordusunun aşkar müşahidəsi altında olan ermənilərin bu qədər sərbəst dolaşmasını «Lider» TV-nin aparıcısı və səngərdə keşik çəkən Azərbaycan əsgəri belə izah edir ki, biz humanist xalqıq, ona görə də atəşkəs dövründə qarşı tərəfə atəş açmırıq. Yəni, atəşkəsi biz yox, ermənilər pozur. Bunu başa düşmək olar. Amma unutmaq lazım deyil ki, cəbhədə hər ay bir neçə Azərbaycan əsgərinin ölüm xəbəri yayılır. Onları erməni gülləsi şəhid edir. Biz isə erməniləri bax beləcə, sakit tərzdə seyr edirik. Bəlkə də elə sakit qala-qala bu günə qaldıq. Bəlkə də, erməni əsgərinin öz torpağımızda post qurub səngərin ətrafında sərbəs gəzməsi, hələ həyasızcasına bizə «salam-alneykum» deməsi bizi yenə də yuxudan oyatmayacaq.
Bizim əsgərlər doğrudan da qartal kimi iti baxışlı, şir ürəklidir. İstənilən vaxt o erməniləri gəbərdə bilərlər. Amma axı bu Azərbaycan əsgərləri erməni əsgərinin əlinə lapatka alıb məftillə harasa sədd çəkməsini niyə belə sakit tərzdə müşahidə edib gülürlər, bax bunu başa düşmək çətindir. Siz bir qara eynəkli erməni əsgərinin bizə baxmağına fikir verin; kin, kinayə və açıq-aşkar vecsizlik. Bu qədərinə də dözmək olmur axı, Azərbaycan əsgəri!
Elməddin Muradlı
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












