Erməni hərbi cinayətkarların MƏHKƏMƏ İŞİ: "Onlara haqq qazandırmaq əməllərinə şərik olmaqdır" - VİDEO

Azərbaycanda həbsdə olan erməni hərbi cinayətkarların işi bir müddət əvvəl məhkəməyə göndərilib.
Baş Prokurorluqdan verilən məlumata əsasən, Bakı Hərbi Məhkəməsi 15 nəfərin ümumilikdə 2 548 epizod üzrə işinə baxacaq.
Hərbi cinayətkarlar Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı mühakimə olunacaqlar.
Ekspertlər deyirlər ki, məhkəmə prosesi Azərbaycan xalqına və dünya ictimaiyyətinə açıq həyata keçirilməlidir. Yəni tarixdə ikinci Nürnberq tribunalı Bakıda qurula bilər.
"Onlar mülki insanlara qarşı vəhşiliklər hazırlayıb icra etmiş şəxslərdir. Fundamental hüquqlardan bəhs edən dövlətlər necə olur ki, separatizmi və separatçıları himayə edirlər?! İkinci Dünya müharibəsindən sonra Nürnberqdə baş tutan mühakimə prosesləri separatçılarla bağlı da icra olunmalıdır", - deyə politoloq Şəbnəm Həsənova mövzu ilə bağlı Baku TV-yə danışarkən vurğulayıb.
Ermənistanın havadarları hər fürsətdə Azərbaycanda həbsdə olan hərbi cinayətkarların azad edilməsi ilə bağlı çağırışlar edirlər. Onlara haqq qazandırmaq törətdikləri əməllərə şərik olmaq deməkdir.
Ekspertlər bildirirlər ki, Qərb dairələrinin qondarma Dağlıq Qarabağın keçmiş "rəhbər"lərinə azadlıq istəyi cinayətkarlarla işbirliyini ört-basdır etmək məqsədi daşıyır.
Ətraflı süjetdə:
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












