Erməni nazir soyuducuda əsgər qalıqlarının saxlanılmasını TƏSDİQLƏDİ
Gündəm
1 İyun 2021 12:55

Ermənistanın səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan Qarabağda tapılan əsgər qalıqları ilə bağlı dünənki qalmaqala görə ölənlərin yaxınlarından üzr istəyib. Avtosfer.az xəbər verir ki, nazir bəyanatında bunun səhv olduğunu deyib. “Qalıqlar daşındıqdan sonra şəxsən onların lazımi şəraitdə saxlanılmasına diqqət yetirməmişəm”, deyə o, qeyd edib.
Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağda öldürülən əsgər qalıqlarının polietilen paketlərə büründüyü və soyuducuda saxlanıldığı haqda şəkillər ortaya çıxıb. Aydın olub ki, paketlər Abovyan Məhkəmə-Tibbi Mərkəzinin zirzəmisində yerə ehtiyatsızlıqla səpələnib. Şəkillər ciddi rezonansa səbəb olub. Faktla bağlı rəsmi araşdırma aparılıb.
Avanesyanın sözlərinə görə, son bir ildə mərkəz müayinə və şəxsiyyəti müəyyənləşdirmək üçün mümkün olan hər şeyi edib.
O, hadisə ilə əlaqədar olaraq ortaya çıxan bütün nəticələrlə birlikdə rəsmi araşdırma aparıldığını xatırladıb.
Səhiyyə Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Məhkəmə-Tibbi Mərkəzi çərşənbə axşamı qalıqların müəyyənləşdirilməsi prosesinin gedişi və nəticələri barədə məlumat yayacaq.
Xatırladaq ki, itkin düşən hərbçilərin yaxınları bazar ertəsi günü İrəvanın Heratsi küçəsini bağlayıblar. Onlara görə, səlahiyyətlilər lazımsız səs-küydən qaçmaq üçün qurbanların cəsədlərini soyuducuda uzun müddət gizlədiblər. Etirazçılardan biri Arsen Qukasyan 200-dən çox cəsədin müxtəlif yerlərdə, o cümlədən meyvə soyuducularında gizli saxlanıldığını söyləyib. Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib.
Oxunub : 1498
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
13 Oktyabr 2026 14:11
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
13 Oktyabr 2026 12:00
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
13 Oktyabr 2026 11:30
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
ŞƏRH YAZ













