Ermənilər Əlibəylini işıqsız qoydular

Ötən gün Tovuzun Əlibəyli kəndi erməni silahlı qüvvələri tərəfindən 6 saat gülləbaran edilib. Əlibəyli kənd icra nümayəndəsi Valeh Kərimovun APA-ya verdiyi məlumata görə ermənilər təxminən saat 18 radələrindən başlayaraq saat 24 radələrinə kimi kəndi iri caplı silahlardan atəşə tutublar. Onun sözlərinə görə, nəticədə kəndin qaz xətləri, elektrik dirəklərindən bir neçəsi sıradan çıxıb. Hazırda kənd qaz və işıqsız qalıb. İcra nümayəndəsi bildirib ki, səhər saatlarından başlayaraq aidiyyəti qurumlar kənddə qaz və elektrik enerjisinin bərpa edilməsi istiqamətində təmir işləri aparırlar. Valeh Rzayevin bildirdiyinə görə ermənilərin dünən kəndi davamlı olaraq atəşə tutması nəticəsində 100-ə yaxın evin damı zədələnib. Bəzi evlərin içərisinə hətta güllələr girərək yanğına səbəb olub.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












