Ermənilər yeni terror təşkilatı yaradıb

Xaricdə türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının oxşarı yaradılıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy açıqlama verib. O bildirib ki, ABŞ-dakı erməni diasporası artıq təşkilatı yaratmaq üçün fəaliyyətə keçib. Gülbəy qeyd edib ki, Suriyanın Kəsəb qəsəbəsində yaşayan erməniləri qorumaq üçün bu təşkilatın xüsusi təlim görmüş dəstələrindən istifadə olunur: "Ermənistan mətbuatı sözdə Dağlıq Qarabağ parlamentinin millət vəkili, Qarabağ müharibəsində komandir kimi iştirak edən Vahan Badasyanın Suriyanın Kəsəb qəsəbəsinə yüzlərlə erməni könüllüsünün göndərdiyini yazır. Amerikada fəaliyyət göstərən erməni diasporu ASALA-nın yerinə yaradılan Neo-ASALA-ya Suriyada erməniləri qorumaq adı ilə xüsusi təlim keçirlər. Erməni Neo-ASALA-sı Suriyadakı düşərgələrdə silahdan istifadə qaydalarını, snayper, yollara mina yerləşdirmək və uzaqdan idarə olunan minaların istifadəsi qaydalarını öyrənirlər".
Göksəl Gülbəy bir neçə il bundan öncə Türkiyə və Azərbaycan Xarici İşlər Nazirliklərinə ünvalanan ASALA imzalı təhdid məktublarının Neo-ASALA tərəfindən göndərildiyini iddia edib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












