Ermənistan avtobusları Rusiyaya buraxılmır

Rusiyanın nəqliyyat polisi təhlükəsizlik səbəblərindən İrəvana işləyən iki avtobusu ölkədən çıxarıb. Avtosfer.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, Moskva polisi bu avtobusları xüsusi əraziyə gətirib və onlara yollarına davam etməyi qadağan edib. Qərara səbəb çərşənbə axşamı Moskvadan 200 kilometr aralıda səkkiz erməninin ölümü, 40-dan çoxununsa yaralanması ilə nəticələnən ağır yol qəzası olub.
Moskva polis idarəsindən bildirilib ki, Ermənistan şirkətlərinə məxsus olan hər iki avtobusun texniki vəziyyəti qeyri-qənaətbəxş olub. Bunun nəticəsində avtobusların dörd erməni sürücüsü cərimələnəcək. “Bu avtobusların Rusiya ərazisində istismarı bütün aşkar edilmiş problemlər aradan qaldırılana qədər qadağan ediləcək,” deyə Moskva polis idarəsinin rəsmisi bildirib.
Polis avtobusları saxladığı zaman onlar Moskvadan Yerevana gedən sərnişinlərlə dolu olub. Avtobusların sahiblərini dərhal müəyyən etmək mümkün olmayıb.
Bundan başqa, maşınların sükan və əyləc sistemləri ilə bağlı ciddi pozuntuların olduğu, sürücülərin təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğu bildirilir. Qəzaya uğramış avtobus bir erməni şirkətinə məxsus imiş. Şirkətin sahibi texniki nasazlıq ehtimalını istisna edib. Rusiyanın Daxili İşlər nazirinin müavini Aleksandr Savenko cümə axşamı günü deyib ki, Çin istehsalı olan avtobus, sürücüsü sükan arxasında yuxuladığına görə Tulada magistral yolda aşıb.
Hər iki ölkənin hüquq mühafizə orqanları qəzanın səbəblərini araşdırırlar.
Cümə axşamı günü Ermənistan hökuməti ölkənin daxilində və xaricində avtobus xidmətləri təklif edən şirkətlər üçün lisenziya tələblərini sərtləşdirəcəyini elan edib. Ermənistanın nəqliyyat və rabitə nazirinin birinci müavini Artur Arakelyan deyib ki, hökumət müvafiq qanun layihəsinin üzərində işləməyə hələ qəzadan yarım il əvvəl başlayıb.
Ermənistanda hazırda qüvvədə olan qaydalara görə qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan şirkətlərin lisenziya alması məcburi deyil. Bu isə o deməkdir ki, nəqliyyat nazirliyi nəqliyyat vasitələrinin texniki vəziyyətinə və sürücünün tibbi durumuna nəzarət etmir.
Elə üç gün əvvəl Tulada qəzaya uğramış avtobusun məxsus olduğu şirkətin də lisenziyası yox imiş.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












