Ermənistan məğlubiyyətin günahkarlarını axtarır - Arayik və Cəlal Arutunyanlar həbs oluna bilər

Ermənistan hüquq-mühafizə orqanları, o cümlədən Xüsusi İstintaq Xidməti hazırda Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxsləri və Müdafiə Nazirliyindən uzaqlaşdırılan zabitləri dindirməyə çağırır.
Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb.
Qeyd edilib ki, dindirilənlərə sorğular zamanı 44 günlük müharibədəki məğlubiyyətin mümkün günahkarları ilə bağlı suallar verilir.
Qəzetin əldə etdiyi məlumata görə, dindirilən zabitlərdən əsasən 44 günlük müharibə zamanı Qarabağdakı separatçıların “başçısı” Arayik Arutunyanın günahkar olub-olmadığı və ya məğlubiyyətə səbəb olan hansı addımlar atdığı soruşulur.
"Joğovurd"un əldə etdiyi məlumata görə, sorğular zamanı Qarabağdakı qanunsuz hərbi birləşmələrin keçmiş "komandanı" Cəlal Arutunyana qarşı çoxlu ifadələr verilib.
Qeyd edilir ki, Ermənistan Baş Prokurorluğunun nəzarətində araşdırılan 2000 -dən çox müharibə işindən 41-i artıq məhkəmələrə göndərilib.
44 gün davam edən müharibə zamanı törədilən cinayətlərdə 800-dən çox adam günahlandırılır.
7 yüksək rütbəli hərbçi yalnız Silahlı Qüvvələr Baş Qərargahının rəis müavininin adı məlum olan müxtəlif hərbi cinayətlərdə günahlandırılır. Belə ki, general Andranik Makaryan hərbi xidmətə laqeyd yanaşmaqda suçlu bilinir. Makaryan isə hələ ki günahını etiraf etmir.
Məhkəməyə göndərilən 25 işin yarıdan çoxu müharibə zamanı qanunsuz silah və sursat ötürülməsi ilə bağlıdır. Bu işlərdə 28 təqsirləndirilən var. 7 cinayət işi xidmət yerinin könüllü olaraq tərk edilməsinə aiddir, 9 işdə təqsirləndirilənlər fərarilikdə ittiham olunur.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan bu ilin avqustunda ölkəsinin Qarabağ müharibəsindəki itkilərini açıqlayarkən 3 773 nəfərin öldüyünü bildirmişdi.
Amma hərbi ekspertlər Ermənistanın itkilərinin bu rəqəmdən xeyli çox olduğunu bildirirlər.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










