Ermənistan parlamentində iclas yenə yarımçıq qaldı, yumruq-təpik davası başladı - FOTO
Gündəm
25 Avqust 2021 15:43

Ermənistanda parlamentin iclasları dava-dalaşsız ötüşmür. “Sputnik Ermənistan” xəbər verir ki, parlamentdə gün ərzində ikinci dava baş verib. Növbəti dava iqtisadi məsələlər komissiyasının rəhbəri, “Hayastan” blokunun deputatı Vahe Akopyanın çıxışı zamanı düşüb. Çıxışı zamanı hakim partiyadan kimsə ona söz atıb, bu zaman deputat buna cavab verib və tribunanı tərk edərək iqtidaryönlü “Vətəndaş Müqaviləsi” fraksiyasına doğru gedib. Onlar əvvəl bir-birlərinə söz atıblar, sonra yumruq davası başlayıb.
Hökumətyönlü deputatlardan biri Vaaqn Aleksanyan Vaha Akopyana təpik vurub. Parlamentin spikeri Alen Simonyan dərhal iclası kəsib və yayımı bağlamağı bildirib. Artıq ikinci dəfə iclas yarımçıq qalıb. Bundan sonra da dava bitməyib, təhlükəsizlik xidməti müdaxilə edərək tərəflər arasında sakitlik yaratmağa çalışıb.
Jurnalistlərin baş verənləri lentə alınmasının qarşısı bir daha alınıb, onların iclas otağına girmələrinə icazə verilməyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanda müxalif və hökumətyönümlü deputatların bir-birinə butulka atmaları xəbəri yayılmışdı.
Oxunub : 1286
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 10:00
Bəlkə kəmərə də bal tətbiq edilsin?
25 Noyabr 2026 22:30
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
25 Noyabr 2026 16:30
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
ŞƏRH YAZ











