Ermənistanı Gürcüstanla birləşdirən bu yol da Azərbaycana veriləcək - Ermənilər ŞOKDA

Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan ölkəsində baş verən proseslərdən danışarkən Paşinyan hakimiyyətinin yürütdüyü siyasətin təhlükələrindən söz açıb. Avtosfer.az erməni mətbuatına istinadən xəbər verir ki, Abovyan son prosesləri belə şərh edib:
1. Ermənistan Zəngəzurda delimitasiyanın birinci mərhələsini ört-basdır etdi. Artıq Zəngəzurun bir hissəsi rəsmi olaraq Azərbaycan ərazisi hesab edilir. Söhbət dövlətlərarası Gorus-Qafan yolundan gedir. Bu ərazilər SSRİ xəritələrinə əsaslanaraq Azərbaycan torpaqları kimi təqdim edilir.
2. Azərbaycan artıq nümayiş etdirdi ki, Ermənitanın cənub hissəsini ölkənin digər əraziləri ilə ayırmaq imkanına malikdir. Həmçinin İran-Ermənistan logistik əlaqələrini də bağlamağa qadir olduğunu sübuta yetirdi.
3. Ermənistan hakimiyyəti bizi Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırlayır. Lakin Türkiyənin Ermənistanla sərhədləri açmağa hansı şərtlərlə razı olacağı haqda heç bir məlumat verilmir və bu gizli saxlanılır.
4.Ermənistan hakimiyyəti böyük ehtimalla Ermənistanın şimalını Gürcüstanla birləşdirən dövlətlərarası avtomobil yolunun bir hissəsini də ilin sonuna qədər Azərbaycanın nəzarətinə verəcək.
İndi təsəvvür edin ki, Türkiyə-Azərbaycan qoşunları eyni vaxtda respublikanın cənub (İrana) və şimal (Gürcüstana) yollarını bağlamaq qərarına gələndə nə baş verəcək. Beləliklə görünən odur ki, hazırkı hakimiyyət ölkəni parçalamağa və məhv olmağa sürükləyir.
konkret.az
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH











