"Əsas işimiz əhalini məlumatlandırmaqdır, yollarda iş görmək yox" - NİİM

"Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əsas işi əhalini məlumatlandırmaqdır, yollarda iş görmək yox". Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə, bəzən Mərkəzi onlara aid olmayan məsələlərə görə ittiham edirlər. Halbuki, NİİM icraedici yox, məlumatlandırıcı orqandır: "Axı NİİM dayanacaqlar, sərnişindaşımada avtobusların istiqamətlərinin dəyişdirilməsi, marşrutların qısaldılması, uzadılması və yaxud NİİM-in nəzarət etdiyi 150 işıqfordan başqa digərlərinin fazaları ilə birbaşa məşğul olmur. Biz sadəcə bunlarla bağlı məlumatları çatdırırıq ki, camaatın xəbəri olsun. Bizim əsas işimiz əhalini məlumatlandırmaqdır. Biz də bu xəbərləri verməsək, insanları kim xəbərdar edəcək? Bununla bağlı ən çox məlumat paylaşan internet səhifəsi də NİİM-indir. Amma bəzən bizi "Niyə dayanacaq qoymursuz?", "Filan avtobus marşrutunu niyə bağladınız?", "Filan xətt niyə açıldı?" və s. bizə aid olmayan işlərdə günahlandırırlar. Bu, doğru deyil.
Bizə çoxlu şikayətlər gəlir, amma onların çoxunun bizə birbaşa aidiyyatı yoxdur. Biz əsasən məlumatlandırıcı orqanıq, icraedici deyilik. Biz müxtəlif icraedici qurumların məlumatlarını paylaşırıq. Məsələn, xəbər vermişik ki, filan yolda qazıntı işləri aparılacaq. Bir də görürsən, yazırlar ki, NİİM yenə yolları pis günə qoydu. Bunu fiziki olaraq bir-bir yüzlərlə, minlərlə insana ayrılıqda başa salmaq da olmur ki, əslində belə deyil.
Ona görə də həm əhalidən, eləcə də KİV-lərdən bu məsələdə anlayış göstərmələrini xahiş edirik".
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı










